Вернуться назад Распечатать

“Baku Steel Company”də rəhbər vəzifələrə TƏYİNATLAR

“Baku Steel Company”də struktur dəyişiklikləri və yeni təyinatlar olub.

1xeber.media xəbər verir ki,bununla bağlı şirkətin baş direktoru Kamal İbrahimov müvafiq əmrlər imzalayıb.

Əmrlə, Mohammad Farooq Siddiqui Baş direktorun müşaviri təyin olunub.

Bundan başqa, Ümid Mustafayev maliyyə direktorunun müavini, Yalçın Əmirbəyov satınalmalar və təchizat direktorunun müavini, Alruz Sultan insan resursları üzrə direktoru, Dmitriy Malienko istehsalat üzrə direktor müavini, Şamil Rzayev ümumi məsələlər üzrə direktor müavini təyin olunub.

Konstantin Morozov Satınalma və Təchizat Departamentinin direktoru vəzifəsindən
təmir və texniki xidmət direktoru vəzifəsinə, Andrey Polsky biznesin inkişafı və layihələrin idarə olunması üzrə direktor vəzifəsindən istehsalat üzrə direktor müavini (Azərboru istehsalat sahəsi) vəzifəsinə, Nəsimi Bayramlı keyfiyyətin idarə olunması şöbəsinin rəhbəri vəzifəsindən əməliyyatlar üzrə direktor müavini (Azərboru istehsalat sahəsi) vəzifəsinə keçiblər