Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri paytaxt Ər-Riyada doğru hərəkət edən ballistik raketi ələ keçirib.
1xeber.media xəbər verir ki, bu barədə Yəməndə legitimliyin bərpası üzrə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın rəsmi nümayəndəsi, general-mayor Türki əl-Maliki məlumat verib.
Onun sözlərinə görə, raket husilərin “Ənsar Allah” hərəkatına məxsus silahlı qruplaşması tərəfindən Ər-Riyad istiqamətində buraxılıb.
“Ər-Riyad istiqamətində buraxılan ballistik raket hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirilib və məhv edilib”, – deyə əl-Maliki bildirib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ilə Yəmən husiləri arasında münaqişə 2026-cı ilin sentyabrında kəskinləşib. Husilər Yəmənin qərb sahillərində hücuma keçərək Moha liman şəhərinə, Bab əl-Məndəb boğazındakı Perim adasına və Dubab şəhərinə nəzarəti ələ keçiriblər.