Finlandiya Prezidenti Aleksandr Stubb Rusiyayla mümkün danışıqlarda Avropanın nümayəndəsi olmaq üçün əsas namizədlərdən biri hesab edilir.
1xeber.media xəbər verir ki, bu barədə “Berliner Zeitung” nəşri yazıb.
Nəşrin məlumatına görə, Stubbu bu rol üçün mümkün namizəd edən amillərdən biri onun ABŞ Prezidenti Donald Trampla yaxşı şəxsi münasibətləridir.
Məqalədə qeyd olunur ki, bu əlaqələr Avropanın təhlükəsizlik maraqlarının Vaşinqtonla daha yaxşı uzlaşdırılmasına və Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa müttəfiqləri arasında fikir ayrılıqlarının azaldılmasına kömək edə bilər.
Bununla belə, Stubbun Avropanı təmsil edəcək danışıqlarçı kimi seçilməsi ilə bağlı rəsmi qərar açıqlanmayıb. Söhbət hazırda mümkün namizədlik barədə mediada irəli sürülən ehtimaldan gedir.