Вернуться назад Распечатать

Qubadlı şəhərinin erməni işğalçılarından təmizlənməsindən 6 il ötür

1993-cü il avqustun 31-də Qubadlının Ermənistan tərəfindən işğal olunması tariximizin
ən acı səhifələrindən biri idi. Qubadlı şəhəri erməni işğalında olduğu zaman digər ərazilərimiz
kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Rayon ərazisində bütün sosial
infrastruktur dağıdılıb, kommunikasiya xəttləri məhv edilib. Bununla da xalqımıza külli
miqdarda maddi-mənəvi ziyan vurulub.
Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü
istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını
azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən
müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlının işğaldan azad olunması nəticəsində
Vətən müharibəsinin gedişatında Ordumuz strateji əhəmiyyətli uğur qazandı. Müzəffər
Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək
üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının
Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş Qubadlı rayonuna
ilk səfəri 2020-ci il dekabrın 23-də olmuşdur. Onlar Qubadlının Xanlıq kəndinə gəldilər, burada
hərbçilərlə görüşdülər. Səfər zamanı Qubadlının Xanlıq kəndi uğrunda şiddətli döyüşlər
getdiyini xatırlayan dövlət başçısı həmin dövrdə ermənilərin bu kənddə özləri üçün hərbi
istehkam, hərbi baza qurduqlarını,  qanunsuz məskunlaşma apardıqlarını, Cenevrə
konvensiyalarına görə bunun hərbi cinayət olduğunu bildirmişdir. 
2021-ci ilin 25 oktyabr tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva ikinci dəfə Qubadlı rayonunda səfərdə olublar. Dövlət başçısı və birinci xanım
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə
gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem
əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni
hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Sonra Qubadlı rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşüblər.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Qubadlı rayonuna üçüncü
səfəri 2022-ci ilin 19 oktyabr tarixində baş tutmuşdur. Səfər çərçivəsində Prezident İlham
Əliyev “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik
Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına və birinci
xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak
ediblər.
2023-cü ilin may ayının 4-də Qubadlı rayonuna dördüncü səfəri zamanı Prezident İlham
Əliyev rayonun Zilanlı və Mahruzlu kəndlərinin təməlinin qoyulması mərasimlərində iştirak edib.
Dövlət başçısı İlham Əliyev səfər çərçivəsində, eyni zamanda Qubadlı şəhərində 91 çarpayılıq
Mərkəzi Xəstəxana binasının, 600 şagird yerlik tam orta məktəb binasının, həmçinin Qubadlı
şəhərində tikiləcək inzibati binanın da təməlinin qoyulması mərasimlərində iştirak edib. Səfər
zamanı Prezident İlham Əliyev ümumi sahəsi 2,6 hektara yaxın olan və ümumilikdə 156
mənzilin tikintisi nəzərdə tutulan ilk yaşayış məhəlləsinin də təməlini qoyub.
Zəfər tariximizin memarı, Qarabağımızın xilaskarı Prezident İlham Əliyevin müdrik
siyasəti nəticəsində Qubadlı rayonu əvvəlkindən daha da gözəl olacaq.
Əfsər Əzizov,
RİHB aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Sosial-iqtisadi
məsələlər, İnformasiya təminatı və təhlil sektorunun baş məsləhətçisi (əhali ilə görüşün
təşkilatçısı)