İspaniyanın Barselona şəhərində keçirilən kütləvi aksiyalar zamanı baş verən iğtişaşlar nəticəsində 100-ə yaxın şəxs saxlanılıb.
1xeber.media xəbər verir ki, bu barədə Kataloniya Muxtar Cəmiyyətinin daxili işlər departamenti məlumat yayıb.
Departament rəhbəri Nuria Parlon hadisəni pisləyərək təxminən 500 nəfərin iştirak etdiyi aksiyada 14 müəssisənin zərər çəkdiyini bildirib.
Oktyabrın 24-ü axşam saatlarında sosial şəbəkələr vasitəsilə mərkəzdə toplaşan gənclərin aksiyası polislə toqquşmaya, barrikadaların qurulmasına və yanğınlara səbəb olub. Hadisələr nəticəsində təxminən 10 hüquq-mühafizə əməkdaşı xəsarət alıb.