Вернуться назад Распечатать

Səudiyyə Ərəbistanının əsas hava limanı yenidən açılıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı beynəlxalq uçuşlar üçün yenidən fəaliyyətə başlayıb. Hava limanının fəaliyyəti Yəməndəki husilərin hücumlarından sonra dayandırılmışdı.

1xeber.media xəbər verir ki, Oktyabrın 25-də Səudiyyə Ərəbistanı qüvvələri husilər tərəfindən buraxılan ballistik raketi və pilotsuz uçuş aparatını ələ keçirdiklərini açıqlayıblar. Hava limanının yenidən açılması regionda təhlükəsizlik risklərinin davam etdiyi bir vaxtda baş verir.