Вернуться назад Распечатать

Saleh Səmədova ağır İTKİ ÜZ VERİB

İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədova ağır itki üz verib.

1xeber.media Oxu24.com-a istinadən xəbər verir ki, Saleh Səmədovun bacısı dünyasını dəyişib.

Məlumata görə,Yeksarə Səmədova dünən xəstəlik səbəbindən vəfat edib.

Onunla vida mərasimi İmişli rayonunda baş tutub.

Qeyd edək ki,vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib. Ağsaqqal müttəhim cəzasını ümumi rejimli cəzaçəkmə çəkəcək.

Onun cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə ödədiyi 112 min manat dövlət rüsumu özünə qaytarılacaq.

Xatırladaq ki, Saleh Səmədov 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış çıxış etmişdi. Bu hərəkətindən sonra ictimai qınaq hədəfinə çevrilən rayon ağsaqqalı bir müddət sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Korrupsiyada ittiham olunan Səmədov 17 aydır həbsdə idi.