Вернуться назад Распечатать

Niderland ABŞ sanksiyalarına hazırlaşır

1xeber.media xəbər verir ki, Niderland ABŞ-ın krallığa qarşı sanksiyalar tətbiq etməsi ehtimalına qarşı hazırlıqlara başlayıb. Bu barədə Milli Təhlükəsizlik üzrə Analitik Şəbəkənin (ASNŞ) hesabatında bildirilib. 

Hesabat müəlliflərinin fikrincə, belə bir ssenari Niderlandın milli təhlükəsizliyinə ciddi zərər vura bilər. Ən böyük risklər ölkənin beynəlxalq mövqeyinin zəifləməsi, dövlət qurumlarının rəqəmsal xidmətlərə çıxışında problemlərin yaranması və krallıqda fəaliyyət göstərən beynəlxalq təşkilatların işinin iflic olmasıdır.

Niderlandda yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) də mümkün sanksiyalardan təsirlənə biləcək qurumlar sırasındadır. Hesabatda qeyd olunur ki, ABŞ-ın belə addım atacağı təqdirdə Niderland hakimiyyəti müxtəlif ictimai maraqlar arasında seçim etmək məcburiyyətində qala bilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edib. Siyasi şərhçi Malek Dudakovun iddiasına görə, bu qərar Cənubi Afrikalı hüquq müdafiəçisi və BMT-nin keçmiş insan hüquqları üzrə ali komissarı Navi Pilleyin Nobel Sülh Mükafatına layiq görülməsi ilə əlaqəli olub. Tramp isə Pilleyin İsrailə qarşı mövqedə olduğunu düşündüyünü bildirib.