Вернуться назад Распечатать

Tarixi qələbə günlərimiz əbədiləşir

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti, qəhrəman Azərbaycan
oğullarının şücaəti 2020-ci ilin 8 noyabr gününü tariximizə qızıl hərflərlə yazdı. 44 gün ərzində
şanlı ordumuz mənfur düşmən tərəfindən işğal edilmiş rayonları bir-birinin ardınca düşmən
tapdağından azad etdi. Böyük qələbəyə gedən yolda ordumuzun mühüm uğurlarından biri də
25 oktyabr 2020-ci ildə Qubadlının azad olunması oldu. Çünki Qubadlının ordumuzun
nəzarətinə keçməsi digər işğal altında olan ərazilərimizin də azad edilməsinə əlverişli şərait
yaratmış oldu. İndi artıq xalqımız Qarabağda və Şərqi Zəngəzurdakı rayonlarımızın düşmən
tərəfindən işğal günlərini deyil, həmin torpaqlarımızın öz azadlığına qoğuşduğu günləri böyük
qürur hissi ilə qeyd edir.
İşğaldan azad edilmiş torpaqlarımızda şəhər günləri xalqımız tərəfindən böyük qürur
hissi ilə qeyd edilir. Belə əlamətdar günlərdən biri də 25 oktyabr Qubadlı şəhər günüdür. Şəhər
günlərinin qeyd edilməsi həm də tarixi qələbə günlərimizi əbədiləşdirir. Azərbaycan
Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə “Qubadlının azad olunmasına görə”
medalının əsasnaməsi təsdiq edilmişdir. “Qubadlının azad olunmasına görə” Azərbaycan
Respublikasının medalı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış
döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçuları təltif edilir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına mütəmadi səfərlər edən Müzəffər Ali
Baş Komandan İlham Əliyev Qubadlı rayonuna da 4 dəfə səfər etmişdir ki, bunların da hər biri
əlamətdar hadisələrlə yadda qalmışdır. 23 dekabr 2020-ci ildə ölkə prezidentinin Qubadlıda
Azərbaycan bayrağını ucaltması xalqımıza böyük qürur yaşatmışdı. Növbəti, 25 oktyabr 2021-
ci ildəki səfəri zamanı Prezident İlham Əliyev Xanlıq-Qubadlı yolunun təməlqoyma, “Qubadlı”
yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak
etdi. Dövlət başçımız Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
19 oktyabr 2022-ci ildə Qubadlı rayonuna gələn möhtərəm Cənab İlham Əliyev düşmən
işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının elektirik enerjisi
istehsalı baxımından da perspektivli ərazilər olduğunu bildirdi və “Zabuxçay”, “Bərgüşadçay” su
anbarlarının layihələri ilə yaxından tanış oldu. Ölkə başçımız “Azərişıq” ASC-nin 35 kilovoltluq
yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak etdi.
Sözsüz ki, bu yeni yarımstansiyasının inşası ətraf rayonların fasiləsiz enerji təminatına mühüm
töhvələr verəcək.
Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta
məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin
təməlqoyma mərasimləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu şəhərə 4 may 2023-cü
il tarixli səfərində reallaşdı. Ölkə başçımızın müdrik siyasəti sayəsində azad edilmiş
torpaqlarımız yenidən qurulur, çiçəklənir və doğma sakinlərinə qovuşur.
Əvəz Məmmədov,
Sabirabad rayonu Qaragüney kənd yaradıcılıq evinin direktoru