1xeber.media xəbər verir ki, Əlcəzair parlamenti Nigerə hərbi qüvvələrin göndərilməsinə icazə verən qətnaməni yekdilliklə qəbul edib. Bu addım həyata keçirilərsə, ölkə 1973-cü ildən bəri ilk dəfə xaricdə hərbi yerləşdirmə həyata keçirəcək.
Əlcəzair rəsmilərinin açıqlamalarına görə, hərbi kontingentin əsas vəzifəsi Niger ərazisindəki neft obyektlərinin və ölkənin strateji maraqlarının qorunması olacaq. Əlcəzair senatoru Belkasem Bulqiti bildirib ki, məqsəd Nigeriyada müharibə aparmaq deyil, iqtisadi infrastrukturu təhlükəsiz saxlamaqdır.
Hərbi qüvvələrin sayı, yerləşdirilmə vaxtı və konkret mövqeləri barədə ətraflı məlumat açıqlanmayıb.
Əlcəzairlə Niger arasında son aylarda müdafiə və iqtisadi əməkdaşlıq güclənib. Bu qərar Sahel regionunda təhlükəsizlik əməkdaşlığının genişlənməsi baxımından əhəmiyyət daşıyır.