Вернуться назад Распечатать

Daha bir yolayrıcında işıqforlar quraşdırıldı

Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsi artıq işıqforlarla tənzimlənir. 

1xeber.media xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol kəsişməsində 3 ədəd “L” və 3 ədəd “A” tipli olmaqla, ümumilikdə 6 dirək üzərində nəqliyyat və piyada işıqforları quraşdırılıb.

Görülən işlər nəticəsində kəsişmədə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin növbəliliyi təmin olunub, qəza riski aradan qaldırılıb.