Вернуться назад Распечатать

Lula ABŞ-dan asılı siyasət yürütməyəcəyini bəyan etdi

1xeber.media xəbər verir ki, yenidən Braziliya prezidenti seçilən Luis İnasio Lula da Silva ölkəsinin müstəqil xarici siyasət kursunu davam etdirəcəyini və digər dövlətlərlə bərabərhüquqlu münasibətlər quracağını bildirib.

Lula səsvermənin nəticələri elan edildikdən sonra qələbə çıxışında Braziliyanın heç bir dövlətin təsir dairəsində olmaq istəmədiyini vurğulayıb.

“Ölkəmiz heç kimin arxa həyəti olmağa razı deyil”, – deyə o bildirib.

Lula qeyd edib ki, Braziliya bütün ölkələrlə dialoqa açıq olacaq, lakin ABŞ qarşısında xüsusi güzəştlərə getməyəcək. Onun sözlərinə görə, ölkənin xarici siyasəti müstəqillik və dövlətlər arasında bərabərlik prinsiplərinə əsaslanacaq.

Seçki komissiyasının protokolların 99,99 faizini hesablamasından sonra açıqladığı nəticələrə əsasən, Lula da Silva 51,79 faiz səs toplayıb. Onu 64 milyon 255 min 891 seçici dəstəkləyib.

Onun rəqibi, senator Flavio Bolsonaro isə 48,21 faiz səs qazanıb. Ona 59 milyon 825 min 984 seçici səs verib.