Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və niderlandlı həmkarı Tom Berendsen arasında təkbətək görüş başa çatıb.
1xeber.media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Görüşdə Azərbaycan-Niderland münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Nazirlər Azərbaycan-Niderland münasibətlərinin inkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin qəbul edilməsini ikitərəfli əməkdaşlığın irəlilədilməsi baxımından mühüm çərçivə kimi qiymətləndiriblər.
Həmçinin yüksək səviyyəli təmasların, müntəzəm siyasi məsləhətləşmələrin və işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional proseslər və Azərbaycan-Ermənistan arasında normallaşma prosesi ətrafında da fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov qarşı tərəfə sülh prosesi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri və mina təhlükəsinin yaratdığı davamlı humanitar təhdid barədə məlumat verib.
Tərəflər ikitərəfli münasibətləri daha da möhkəmləndirmək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirmək niyyətlərini təsdiqləyiblər.
***
Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və niderlandlı həmkarı Tom Berendsen arasında təkbətək görüş başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.
***
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan niderlandlı həmkarı Tom Berendseni qarşılayıb.
1xeber.media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.







