1xeber.media xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Aleşki yaşayış məntəqəsi ilə bağlı əldə olunmuş razılaşmaları yerinə yetirəcəyinə ümid etdiklərini bildirib.
Peskov razılaşmaların ABŞ nümayəndələrinin birbaşa iştirakı ilə əldə olunduğunu vurğulayıb və Ukrayna tərəfinin öhdəliklərinə əməl edəcəyinə ümid etdiklərini deyib.
Kremlin sözçüsü qeyd edib ki, Aleşki ərazisində atəşkəs mexanizminin tətbiqi digər istiqamətlərdə də oxşar razılaşmaların əldə olunması üçün nümunə ola bilər.
Peskov daha əvvəl üçtərəfli danışıqların bərpasının Rusiya-Ukrayna müharibəsi zonasında hərbi əməliyyatların məhdudlaşdırılması demək olmadığını bildirmişdi. O əlavə edib ki, Rusiya ordusu Ukraynanın hərbi sənaye kompleksinə zərbələr endirməyi davam etdirir.
Qeyd edək ki, razılaşmaların detalları və onların icra mexanizmi barədə əlavə məlumat açıqlanmayıb.