Вернуться назад Распечатать

Sabiq icra başçısı vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Keçmiş icra başçısının Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişdiyi bildirilir. 

Yaxınlarının verdiyi məlumata görə, o, keçirdiyi açıq ürək əməliyyatından sonra komadan ayılmayaraq dünyasını dəyişib. Mərhumun nəşinin doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsinə gətirilərək orada dəfn olunacağı bildirilir.

T.Yəhyayev 1 yanvar 1955-ci ildə Masallıda anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) Jurnalistika fakültəsini bitirib. “İTAR-TASS” agentliyində müxbirlikdən direktor vəzifəsinədək yüksəlib.

 O, iki dəfə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib (ilk dəfə 1991–1992-ci illərdə, ikinci dəfə isə Heydər Əliyevin sərəncamı ilə 1993–2000-ci illərdə). 

İcra başçısı vəzifəsindən ayrıldıqdan sonra Rusiya Federasiyasında biznes fəaliyyəti ilə məşğul olurdu.

Allah rəhmət eləsin!