Вернуться назад Распечатать

Rusiya Ukraynanın uzaqmənzilli raket imkanlarını hədəfə aldı

1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynada hərbi sənaye müəssisələrinə və logistika obyektlərinə qarşı genişmiqyaslı əməliyyat keçirildiyini açıqlayıb.

Nazirliyin Telegram kanalında yayılan məlumata görə, hücumların əsas hədəfi uzaqmənzilli raketlərin istehsalı və saxlanması ilə məşğul olan Ukrayna hərbi sənaye kompleksinin müəssisələri olub.

Rusiya tərəfinin iddiasına görə, əməliyyat nəticəsində Kiyevin Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək imkanları qismən məhdudlaşdırılıb.

Məlumata əsasən, Kiyevdə nəqliyyat obyektləri, Xarkov yaxınlığında logistika mərkəzi və bir neçə dəniz gəmisi də hücuma məruz qalıb.

Bundan əvvəl general-leytenant Apti Alaudinov NATO-nun Ukraynaya silah tədarükünü davam etdirəcəyini və bunun münaqişənin uzanmasına xidmət etdiyini iddia edib.