Вернуться назад Распечатать

Kiyevdə Cənub körpüsü bağlandı

1xeber.media xəbər verir ki, Kiyevin meri Vitali Kliçko Rusiya ordusunun zərbəsindən sonra Cənub körpüsündə yaranan vəziyyəti əks etdirən görüntülər paylaşıb.

Kliçkonun Telegram kanalında verdiyi məlumata görə, hazırda mütəxəssislər körpüyə dəyən ziyanın miqyasını qiymətləndirirlər. Təhlükəsizlik tədbirləri çərçivəsində körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Bundan əlavə, Ukraynanın paytaxtında “Osokorki” və “Qırmızı Xutor” metro stansiyaları arasında qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl Kiyevdə Cənub körpüsünün və FP-1, FP-2 tipli pilotsuz uçuş aparatlarının yığılması sexinin hədəfə alındığını açıqlayıb.