“İllər keçdikcə Forum dünya liderlərinin mədəniyyətlərarası dialoqun əhəmiyyətini düşünmək, qlobal miqyasda sülhü, təhlükəsizliyi və həmrəyliyi gücləndirmək məqsədilə toplandıqları əsas platformaya çevrilib”.
1xeber.media xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhməd “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində deyib.
İƏT-in Baş katibi bildirib ki, Bakıdakı müzakirələr qarşılıqlı anlaşmanı dərinləşdirmək, insan ləyaqətini qorumaq, həmçinin daha təhlükəsiz, ədalətli və əhatəli bir dünya qurmaq üçün kollektiv səylərə mühüm töhfə verəcək.
Azərbaycanın təşkilata sədrliyi mövzusuna toxunan İsmayıl Ould Şeyx Əhməd deyib: “Cənab Prezident, çox məmnunam ki, gələn il təşkilatımıza rəhbərlik edəcəksiniz və biz Sizin rəhbərliyiniz altında dözümlülük və əhatəlilik mesajını birlikdə daha da gücləndirə biləcəyik”.