Вернуться назад Распечатать

Kobaxidze Bakıda yeni səfirlik binası ilə bağlı sərəncam imzaladı

1xeber.media xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Azərbaycandakı səfirliyi üçün Bakıda yeni binanın tikintisi ilə bağlı sərəncam imzalayıb. 

Sənədə əsasən, layihələndirmə və tikinti xidmətlərinin satın alınmasını Gürcüstanın Bələdiyyələrin İnkişafı Fondu həyata keçirəcək. İşlər layihələndirmə və tikintini birləşdirən vahid müqavilə əsasında aparılacaq.

Yeni səfirlik binası Bakının Yasamal rayonunda, Nəriman Nərimanov və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində yerləşən 3 444,5 kvadratmetr sahədə inşa ediləcək.

Layihənin 2026-cı ildə nəzərdə tutulan mərhələsi Gürcüstanın Bələdiyyələrin İnkişafı Fondunun dövlət büdcəsində təsdiqlənmiş vəsaiti hesabına maliyyələşdiriləcək. Növbəti mərhələlər üçün vəsaitin 2027-ci ilin və zərurət yaranarsa, sonrakı illərin büdcələrində nəzərdə tutulması planlaşdırılır.

Tikinti başa çatdıqdan sonra bina Gürcüstan Xarici İşlər Nazirliyinin balansına veriləcək. Qeyd edək ki, yeni səfirliyin tikintisi üçün torpaq sahəsi Azərbaycan tərəfindən 2025-ci ilin yanvarında Gürcüstana ayrılıb.