1xeber.media xəbər verir ki, Braziliyada kənd təsərrüfatı təyinatlı yüngülmühərrikli təyyarə idarəetmədən çıxaraq uşaq bağçasının ərazisinə düşüb.
Hadisə oktyabrın 23-də Kampu-Verde şəhərində yerləşən “Kora Koralina” uşaq bağçasında baş verib.
Qəza zamanı bağçanın ərazisində 183 uşaq olub. Hadisə ciddi təşvişə səbəb olsa da, uşaqlardan heç biri xəsarət almayıb.
Yüngül xəsarətlər alan pilot isə bələdiyyə xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, oktyabrın əvvəlində Almaniyanın Gündelsxaym şəhəri yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirmişdi.