1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın komandasında Rusiya ilə əməkdaşlığın Amerikanın milli maraqlarına uyğun olduğu barədə qənaət güclənir.
Rusiyanın birbaşa investisiyalar fondu (RFPI) rəhbəri və prezidentin investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bu barədə Fransanın “Le Monde” qəzetinə müsahibəsində bildirib.
Dmitriyevin sözlərinə görə, Moskvada keçirilən görüşdən əvvəl Vaşinqtonda ABŞ Maliyyə Nazirliyi, Energetika Nazirliyi və digər qurumlarla məsələlər ətrafında geniş müzakirələr aparılıb.
O qeyd edib ki, Tramp administrasiyasında Rusiya ilə əməkdaşlığın ABŞ-ın milli maraqları üçün həyati əhəmiyyət daşıdığı barədə anlayış getdikcə artır.
Dmitriyev ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin tərəflər arasında real kompromislərin tapılmasında mühüm rol oynadığını da vurğulayıb.
Qeyd edək ki, bu fikirlər Rusiya rəsmisinin açıqlamasıdır və ABŞ administrasiyasının rəsmi mövqeyini ayrıca təsdiqləmir.