Вернуться назад Распечатать

Peskov: Ukrayna üzrə danışıqların tarixi hələ bəlli deyil

1xeber.media xəbər verir ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların Əbu-Dabidə keçiriləcəyi tarix hələ müəyyənləşməyib.

Bu barədə oktyabrın 27-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib. O, danışıqların başlanacağı konkret tarixin hələ olmadığını bildirib.

Bundan əvvəl, oktyabrın 25-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışıqların noyabrın 4-də qeyd olunan Xalq Birliyi Günündən sonra keçirilə biləcəyini açıqlamışdı.

Uşakovun sözlərinə görə, hazırkı mərhələdə əsas məsələ danışıqlar prosesinin yenidən bərpa olunmasıdır.