Вернуться назад Распечатать

Azərbaycanda qadınların sayı kişiləri üstələyir

 Azərbaycan əhalisinin cins və yaş strukturu açıqlanıb. 

1xeber.media  xəbər verir ki, Dövlət Statistika Komitəsi tərəfindən 2026-cı il yanvarın 1-nə ölkə əhalisinin cins və yaş qrupları üzrə tərkibi açıqlanıb.

Statistikaya əsasən, ölkə əhalisinin ümumi sayında qadınlar 5 154,2 min nəfər, kişilər isə 4 908,2 min nəfər təşkil edib. Məlumatda, həmçinin əhalinin yaş qrupları üzrə paylanması da əksini tapıb və ən yüksək xüsusi çəki orta və gənc yaş qruplarının payına düşür.