Вернуться назад Распечатать

Məşhur aparıcı nazirlikdəki vəzifəsindən gedir – Səhiyyə Nazirliyində YENİ İSTЕFA

 Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun vəzifəsindən ayrılacağı gözlənilir.

1xeber.media xəbər verir ki,Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, noyabrda vəzifəsindən ayrılacaq.

Xatırladaq ki, Pərviz Abubəkirov 2018-ci il iyulun 2-də Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. O, bundan əvvəl ANS telekanalında "Cinayət işi", İctimai Televiziyada isə "Qanundan kənar" verilişlərinin aparıcısı olub.

Qeyd edək ki, məsələ ilə bağlı sorğu ünvanlanıb.