“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə (ASCO) məxsus “ASCO Nəqliyyat” MMC-yə yeni rəhbər təyin olunub.
1xeber.media İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı “AZCON Holding”in Müşahidə Şurası qərar qəbul edib.
Belə ki, “ASCO Nəqliyyat” MMC-nin direktoru vəzifəsinin müvəqqəti icrası Fuad Qasımzadəyə həvalə olunub.
O, bu təyinatadək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin Satınalma və təchizat departamentinin direktoru vəzifəsində işləyib.
Xatırladaq ki, daha əvvəl “ASCO Nəqliyyat” MMC-nin direktoru vəzifəsində Sabir Hüseynov çalışıb. O, 2018-2026-cı illərdə MMC-yə rəhbərlik edib.