
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə faciəvi hadisə baş verib.
1xeber.media xəbər verir ki, oktyabrın 28-də saat 10:30 radələrində məktəbin 7-ci sinif şagirdi, 2014-cü il təvəllüdlü G.D. təhsil müəssisəsinin 4-cü mərtəbəsinin pəncərəsindən yıxılaraq həyatını itirib.
İlkin məlumatlara əsasən, azyaşlı son illərdə çətin ailə şəraiti ilə üzləşib və xalasının himayəsində yaşayıb.
Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.