Вернуться назад Распечатать

Budanov Uitkoffla mübahisə xəbərini təkzib etdi

1xeber.media xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov oktyabrın 9-da Mayamidə keçirilən danışıqlar zamanı ABŞ liderinin xüsusi elçisi Stiv Uitkoffla Rusiya enerji resurslarının tranziti ilə bağlı mübahisə yaşadığı barədə məlumatları təkzib edib.

“RBC-Ukrayna” nəşrinin Telegram kanalında yayılan məlumata görə, Budanov jurnalistlərə açıqlamasında bu iddiaların həqiqətə uyğun olmadığını bildirib.

“Bu məlumat həqiqətə uyğun deyil, belə bir şey ümumiyyətlə olmayıb”, – deyə o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 27-də Fransanın Le Monde nəşri tərəflər arasında görüş zamanı gərgin söhbət yaşandığını iddia etmişdi. Nəşrin məlumatına görə, Uitkoff Budanovdan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb edib. Budanovun isə söhbət zamanı qəzəbini cilovlamağa çalışdığı bildirilirdi.

Budanovun son açıqlaması həmin məlumatları təkzib edir.