Вернуться назад Распечатать

İspaniyada sürət qatarları toqquşdu - 50 ölü (YENİLƏNİB/VİDEO)

İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ən azı 50 nəfər ölüb, 179-dan çox insan yaralanıb.

1xeber.media xəbər verir ki, bu barədə "Espanol" qəzeti yazıb. 

Məlumata görə, İryo qatarında bir körpə də daxil olmaqla 147 sərnişin, yüksək sürətli AVE qatarında isə 397 sərnişin olub.

***

İspaniyada iki sürətli qatarın toqquşması nəticəsində ən azı 46 nəfər həlak olub.

1xeber.media xəbər verir ki, "El Espanol" qəzetinin məlumatına görə, Kastilya-La Mançadakı təcili yardım xidmətləri 46 nəfərin öldüyünü və onlarla insanın yaralandığını bildirib, lakin bu rəqəmin arta biləcəyi bildirilir.

Məlumata görə, qatarın iki vaqonu relsdən çıxaraq bəndə aşıb.

***

İspaniyanın Toledo vilayətində sürət qatarları toqquşub.

1xeber.media xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 10 nəfərin öldüyü, çox sayda yaralının olduğu bildirilib.

Hələlik qəzanın səbəbləri ilə bağlı məlumat yoxdur.