
1xeber.media xəbər verir ki, Finlandiyanın Ilta-Sanomat qəzeti Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störenin Rusiya Prezidenti Vladimir Putinlə təmaslarda Avropanın maraqlarını təmsil etdiyini yazıb.
Oktyabrın 27-də yayılan məqalədə qeyd olunur ki, Stubb görüşlərdə şəxsi təşəbbüslə çıxış etdiklərini bildirsə də, hər iki ölkənin lideri əslində Avropanın mövqeyini çatdıran nümayəndələr rolunu oynayıb.
Qəzetin fikrincə, Avropa İttifaqında Moskva ilə danışıqlarda ümumi mövqeyi çatdıracaq vahid rəhbər vəzifəsi olmadığı üçün bu funksiyanı Finlandiya və Norveç liderləri yerinə yetiriblər.
Nəşr onların Putinlə təmaslarının Qərbdə ehtimal ediləndən daha ciddi vəziyyətin mövcudluğuna işarə edə biləcəyini də vurğulayıb.
Məlumata görə, Putin söhbət zamanı Moskvanın Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib. O, ədalətli və uzunmüddətli sülhün yalnız Rusiyanın qanuni maraqları tam nəzərə alındıqda mümkün olduğunu deyib. Rusiya lideri, həmçinin Avropa İttifaqı və NATO-nun siyasətini qarşıdurma xarakterli adlandıraraq bunun hərbi əməliyyatların uzanmasına səbəb olduğunu iddia edib.
Tərəflər Osloda keçirilən danışıqları, eləcə də ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Sankt-Peterburqa son səfərini müzakirə ediblər. Putin həmçinin Al eşki bölgəsində həyata keçirilən humanitar əməliyyat və orada atəşkəs rejiminin tətbiqi barədə məlumat verib.