Paytaxtımız Bakı artıq beynəlxalq və qlobal tədbirlərin keçirildiyi siyasi və mədəni bir
mərkəzə çevrilib. Bu onun göstəricisidir ki, Azərbaycan artıq geosiyasi nüfuzu və sosial-
iqtisadi, mədəni inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Növbəti belə beynəlxalq tədbir
oktyabrın 27-də Prezident İlham Əliyevin iştirakı ilə «Ortaq gələcək naminə dialoq»
mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oldu. Ölkəmizin təşkilatçılığı,
UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun
tərəfdaşlığı ilə keçirilən Forumda dünyanın 100-dən artıq ölkəsindən gəlmiş 500-dən çox
qonaq, ümumilikdə isə 2000 nəfərdən artıq nümayəndə iştirak edib. Forumda yüksək səviyyəli
dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və
mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal
təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər. İştirakçıların sayı ötən 15 il
ərzində keçirilən forumun mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll
etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrildiyinin təsdiqidir.
Forumun açılış mərasimində Prezident İlham Əliyev geniş çıxış edib. Qeyd edib ki,
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında,
effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlərarası münasibətlərin inkişafına,
həmçinin digər sahələrə öz töhfəsini vermişdir: «Azərbaycan tarixən və hər zaman
çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan
Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub». Ökəmizin başçısı vurğulayıb ki,
Azərbaycanda yaşayan xalqlar multikulturalizm , həmçinin dini və etnik tolerantlıq ənənələrini
daim uca tuublar və bu əsrlər boy u davam edib. Ona görə də bu Azərbaycanda bir çox
sahələrdə uğurlar əldə edilib. Çünki bütün etnik qrupların, dinlərin nümayəndələri
Konstitusiyamız əsasında nəinki bərabər hüquqlara malikdir, o cümlədən bir ailədəki kimi
yaşayırlar. Bu, bir həqiqətdir ki, İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan
xalqların nümayəndələri öz Vətənlərini təcavüzkar Ermənstanın 30 illik işğalından azad
etmək üçün canları və qanları bahasına ölüm-dirim mübarizəsi nə qoşuldular. Çüni həmin
xalqlar ölkəmizdə həmrəylik, qarşılıqlı anlaşma və hörmət mühitində yaşayırlar. Biz həmişə
vahid azərbaycançılıq ideyası ətrafında birləşmişik v bu gündə bu birləşmə daha da böyük
miqyasda davam edir.
Beynəlxalq tədbirdə vurğulanıb ki, bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə
birlik nümayiş etdirir. Azərbaycanda hər hansı daxili risklərimizin olmadığını dəfələrlə
söylədiyini xatırladan dövlətimizin başçısı deyib ki, bütün potensial risklər bizim
hüdudlarımızdan kənardan gəlir: « İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir. Ona görə biz
hər zaman ayıq-sayıq olmalıyıq və milli mənsubiyyətimizin, dövlətçiliyimizin qorunmasına,
müstəqilliyimizin müdafiə olunmasına və həyat tərzimizin qorunmasına çox bağlı olmalıyıq».
Azərbaycanın dövlət başçısı Forumdakı çıxışında işğaldakı torpaqlarımızın 44 günə və həm
də ordumuzun dünyanı heyran edəcək bir peşəkarlıqla işğaldan azad etməsindən danışıb: «
Biz beynəlxalq hüququ, ədaləti bərpa etdik. Biz öz gücümüz hesabına BMT-nin Təhlükəsizlik
Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etdik».
Bu gün dünyanın bir çox bölgəsində qanlı müharibələrin davam etdiyini bildirən
Prezident İlham Əliyev deyib ki, müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın
təcrübəsi mövcuddur: «Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi.
Düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif
etdik». Bu təcrübəyə nəzər salınmalı olduğunu və müharibə tərəflərinin bunu tədqiq etməli
olduqlarını deyən ölkə başçısı vurğulayıb ki, bizim qurduğumuz mövcud presedent bəzi
münaqişələrin aradan qaldırılmasına da xidmət edə bilər.
Forumda Prezident İlham Əliyevin xüsusi vurğuladığı digər məsələ isə beynəlxalq
münasibətlərdə ikili standartlara qarşı mübarizənin davam etdiriləcəyidir. Dövlətimizin başçısı
güman edir ki, bu cür yanaşmalar beynəlxalq münasibətlər sistemindən tamamilə
çıxarılmalıdır. Ona görə ki, beynəlxalq hüququn prinsipləri ayrı-ayrı dövlətlərin siyasi
maraqlarından asılı olaraq fərqli şəkildə tətbiq edildikdə ədalət anlayışı zərər görür, beynəlxalq
institutlara etimad zəifləyir və münaqişələrin həlli daha da çətinləşir. Azərbaycanın müasir
tarixində yaşanan hadisələr bu məsələnin nə qədər əhəmiyyətli olduğunu göstərir. Azərbaycan
öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə milli iradəsini ortaya qoydu, beynəlxalq
hüquqa əsaslanan mövqeyinin həyata keçirilməsinə nail oldu. Bu gün ikili standartlara qarşı
prinsipial mövqenin müdafiəsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.
Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn norma və
prinsiplərinə riayət olunması, bütün ölkələrə münasibətdə eyni meyarların tətbiqi beynəlxalq
təhlükəsizliyin təmin edilməsi üçün vacibdir.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar Şurasının sədri