
1xeber.media xəbər verir ki, İsraildə keçirilən parlament seçkilərində səslərin 91,1 faizi hesablanıb.
Ölkənin Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blok 53, Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalif blok isə 48 mandat əldə edib. Ərəb partiyaları isə ümumilikdə 19 mandat qazanıb.
120 yerlik Knessetdə hökumət qurmaq üçün ən azı 61 mandat tələb olunur. Hazırkı nəticələrə görə, əsas siyasi blokların heç biri bu həddi keçə bilməyib.
Bu vəziyyət hökumətin formalaşdırılması ilə bağlı danışıqları çətinləşdirə bilər. İki əsas bloka qoşulmayan ərəb partiyaları yeni hökumətin qurulmasında həlledici rol oynaya bilər.
Qeyd edək ki, səslərin hesablanması davam edir və yekun nəticələr açıqlanandan sonra mandat bölgüsü dəyişə bilər.