1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adının dəyişdirilərək “Tramp boğazı” adlandırılmasını təklif edib.
Bu barədə “Times of India” nəşri məlumat yayıb.
Tramp Texas ştatının Korpus-Kristi şəhərində çıxışı zamanı İranla müharibə və ABŞ-ın hərbi əməliyyatları barədə danışarkən bu ideyanı səsləndirib. O, ABŞ-ın İran qarşısında üstünlük əldə etdiyini iddia edib və strateji su yolunun adının dəyişdirilməsi ilə bağlı auditoriyaya müraciət edib.
Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzini Oman körfəzi ilə birləşdirən, dünya neft ticarəti üçün mühüm əhəmiyyət daşıyan dəniz marşrutudur.