Вернуться назад Распечатать

Kəlbəcərdə faciə: Keçmiş polis zabiti Bilal Nuriyev həyatını itirib

Kəlbəcərdə baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

1xeber.media xəbər verir ki, hadisə nəticəsində Kəlbəcər rayonundan olan keçmiş polis zabiti Bilal (Vahid) Yunis oğlu Nuriyev həyatını itirib.

Məlumata görə, Bilal Nuriyev Kəlbəcərdə baş verən avtomobil qəzası zamanı dünyasını dəyişib.

Mərhumun vəfatı ailəsi, yaxınları və onu tanıyanlar arasında böyük kədərə səbəb olub.

Qeyd edək ki, Bilal Nuriyevin üç və yeddi mərasimi 31 oktyabr 2026-cı il tarixində Gəncə şəhərində keçiriləcək.

Allah rəhmət eləsin!