1xeber.media xəbər verir ki, Türkiyənin müdafiə naziri Yaşar Gülər Rusiya və Ukraynanı Qara dənizdə ticarət gəmilərinə qarşı hücumları dayandırmağa çağırıb. O bildirib ki, Türkiyə bayrağı altında üzən və ya Türkiyəyə məxsus gəmilərə hücumlarla bağlı Ankara hüquqi addımlar atmaq hüququnu özündə saxlayır.
Gülər bu açıqlamanı Sofiyada Qara dəniz sahilyanı ölkələrinin müdafiə nazirləri və hərbi rəhbərlərinin görüşündən sonra verib. Onun sözlərinə görə, bölgədəki ticarət gəmiləri pilotsuz uçuş aparatlarının hücumları, dəniz minaları və raketlər səbəbindən təhlükə ilə üzləşir.
Türkiyə tərəfi Rusiya və Ukraynaya ticarət gəmilərinin təhlükəsizliyinin təmin olunması və taxıl daşımalarının qorunması məqsədilə təklif göndərildiyini də bildirib.