Вернуться назад Распечатать

Şimali Koreya 10-a yaxın ballistik raket buraxdı

1xeber.media xəbər verir ki, Şimali Koreya oktyabrın 29-da ölkənin şərq sahillərindən dənizə doğru təxminən 10 qısamənzilli ballistik raket buraxıb.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raketlər yerli vaxtla saat 12:30 radələrində Vonsan bölgəsindən buraxılıb və təxminən 250 kilometr məsafə qət edib.

Cənubi Koreya əlavə raket buraxılışlarına qarşı müşahidəni gücləndirdiyini bildirib. Yaponiya Müdafiə Nazirliyi isə raketlərin ölkənin müstəsna iqtisadi zonasına düşmədiyini açıqlayıb.

Hadisə Koreya yarımadasında gərginliyin artdığı bir vaxtda baş verib.