Вернуться назад Распечатать

“Bizim haqqımız olan asfaltın pulunu yeyənin burnundan gəlsin” — İctimai fəaldan AYNA və İcra Hakimiyyətinə SƏRT ETİRAZ

Bakının Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivində yol infrastrukturu və parklanma yerləri ilə bağlı ciddi narazılıq yaranıb. Ərazidəki bərbad yolların təmiri kənarda qaldığı halda, gözdən pərdə asmaq üçün çəkilən qısa asfalt örtüyünə dərhal ödənişli parklanma xətlərinin çəkilməsi sakinlərin kəskin etirazına səbəb olub.

1xeber.media xəbər verir ki,tanınmış ictimai fəal Haldun Novruzzadə Yeni Günəşli massivində, xüsusilə də "V" massivində yaşanan acınacaqlı vəziyyəti kəskin tənqid edib. Fəal, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Suraxanı Rayon İcra Hakimiyyətini büdcə vəsaitlərinin mənimsənilməsində ittiham edərək, AYNA-nın (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) sakinlərin vəziyyətini daha da çətinləşdirdiyini bildirib.
İctimai fəal Haldun Novruzzadənin sosial şəbəkə hesabında paylaşdığı həmin kəskin etiraz mətni olduğu kimi təqdim edirik:
"Yeni Günəşlinin bir hissəsinə gözdən pərdə asmaq üçün asfalt çəkdilər və AYNA dərhal gəldi ora Parking xəttləri çəkməyə başladı. Halbuki Yeni Günəşlinin əksər hissəsi bərbaddı.
Büdcədən pul ayrılıb və o pul yeyilib, Yeni Günəşli V massivinin asfaltı 1988’dən qalıb. AAYDA nümayəndəsi çəkiliş vaxtı demişdi ki, V massivi də asfaltlanacaq. İndi bilmirəm bizim Asfaltın pulunu kim yeyib — Suraxanı İcra Hakimiyyəti yeyib, AAYDA yeyib, yoxsa birlikdə yeyiblər. Bircə onu bilirəm ki, Bizim haqqımız olan asfaltın pulunu yeyənin burnundan gəlsin o pul.
AYNA’da bildirirəm ki, Yeni Günəşlidə Parking salmağın nə mənası var?! İmkan verin camaat öz yaşadığı yerdə rahat həyat sürsün."