Noyabrın 1-dən 156 və 156A nömrəli marşrut xətləri üzrə müasir avtobuslar sərnişinlərin xidmətinə veriləcək.
Bu barədə 1xeber.media-ya AYNA-dan məlumat verilib.
Məlumata görə, 156 nömrəli marşrut üzrə “Memar Əcəmi” metrostansiyası – Hökməli qəsəbəsi istiqamətində 10 avtobus, 156A nömrəli marşrut üzrə isə “Memar Əcəmi” metrostansiyası – Hökməli qəsəbəsinin 20 Yanvar küçəsi (beton yol) istiqamətində 4 avtobus fəaliyyət göstərəcək.
Hər iki marşrut üzrə gedişhaqqı 50 qəpik müəyyən edilib. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.