Вернуться назад Распечатать

İlham Əliyevin milyonluq qarajı-FOTOLAR

 Azərbaycan siyasi tarixində uzun illər əsas fiqurlardan biri olmuş, Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barəsində məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib və onunla yanaşı bütün mülkiyyəti, villaları, torpaq sahələri, ticarət mərkəzləri, eləcə də ailə üzvlərinin adlarına olan saysız-hesabsız sərvətlər dövlət nəfinə müsadirə olunub.

1xeber.media  "Sfera.az"a istinadən xəbər verir ki, Mehdiyevlər imperiyasının çökdüyü və bütün aktivlərin qanun qarşısında cavab verdiyi bir vaxtda, diqqətdən kənarda qalmayan əsas məqamlardan biri də sabiq rəhbərin kürəkəni, AŞPA-nın və Milli Məclisin sabiq deputatı İlham Əliyevin sahib olduğu milyonluq avtomobil parkıdır.

Qayınatasının milyardlıq imperiyasının dağıldığı və əmlaklarının əlindən alındığı fonda, keçmiş deputatın paytaxt küçələrində xüsusi "040" nömrə seriyaları ilə gəzən fantastik dəyərdəki qarajı cəmiyyətdə haqlı olaraq suallar doğurur.

Maraqlıdır, aylıq qanuni deputat məvacibi bəlli olan bir şəxs bu qədər milyonluq avtomobilləri necə əldə edib?

İlham Əliyevə məxsus olduğu bildirilən və üzərində "040" nömrələri daşıyan avtomobil karvanı dünya avtomobil sənayesinin zirvəsi sayılan eksklyuziv modellərdən ibarətdir.

Bütün bu avtomobillərin ümumi kolleksiya dəyəri 4 milyon ilə 5 milyon AZN arasında dəyişir. Üstəlik, avtomobillərin üzərindəki "040" nömrə kombinasiyasının da ayrıca yüksək bazar və nüfuz dəyərinə malik olması bu qarajın dəyərini daha da artırır.

Buradan sadə bir riyazi sual ortaya çıxır ki, yalnız qanuni deputat məvacibi ilə dolanan bir şəxs heç bir xərc çəkmədən çalışsa belə, bu dərəcədə nəhəng avto-parkı formalaşdırmaq üçün əsrin üçdə birindən çox vaxt sərf etməlidir.

Qayınatası Ramiz Mehdiyevin dövlət tərəfindən cəzalandırılması və bütün qanunsuz əmlaklarının müsadirə olunduğu bir dövrdə, sabiq deputatın bu səviyyədə milyonuq dəbdəbə içində yaşaması sual, maraq və təəccüb doğurur...