Azərbaycanda 5 dövlət şirkəti ləğv olunduğunu elan edib.
1xeber.media xəbər verir ki, bunlar “Tikinti Sənaye Müəssisələri Kombinatı”, “İstehsalat Texnoloji Komplektləşdirmə Dövlət Müəssisəsi”, “Əlvanmetal Pansionatı”, “Azərborukəmərtikinti müəssisəsi” və “2 nömrəli Sənaye Kombinatı” MMC-lərdir.
Sözügedən müəssisələr vaxtilə dövlət mülkiyyətində olublar və müxtəlif dövlət konsernlərinin tərkibində fəaliyyət göstəriblər. Son illərdə isə Məhdud Məsuliyyətli Cəmiyyətlərə çevrilmişdilər. /Ölkə.az