Qurban Qurbanovun “Fənərbağça”nın baş məşqçisi postuna namizəd olduğu iddia edilir.
1xeber.media xəbər verir ki, bu iddia ilə türkiyəli idman jurnalisti Serdar Ali Çelikler çıxış edib.
Onun iddiasına görə, İsmail Kartalın istefasından sonra “Fənərbağça”nın baş məşqçisi postuna 6 namizəd var.
“Bunlar Vinçentso Montella, Abdullah Avcı, Bülent Uyğun, Volkan Dəmirəl, Dİrk Kayt və Qurban Qurbanovdur”, - deyə jurnalist bildirib.
O qeyd edib ki, sadaladığı adların ardıcıllığı “Fənərbağça”nın baş məşqçisi postuna gətirilməsi ehtimalı ən yüksək olanlardan ən aşağı olanlara doğru sıralanıb.
Qeyd edək ki, hazırda “Fənərbağça” İsmail Kartalın köməkçisi Dirk Kaytın nəzarətindədir.