Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.
1xeber.media xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3.14 ABŞ dolları və ya 2.50% azalaraq bir barel üçün 122.28 ABŞ dollarına enib.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.