1xeber.media xəbər verir ki, Krımda Sevastopol şəhərinin 20 yaşlı sakini dövlətə xəyanətdə və Ukraynanın terror təşkilatı kimi tanınan qurumu ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılıb. Bu barədə oktyabrın 30-da Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
FTX-nin iddiasına görə, həmin şəxs qadağan olunmuş təşkilatın nümayəndələri ilə özü əlaqə yaradıb. Daha sonra verilən tapşırıqlar əsasında Rusiya Müdafiə Nazirliyinə məxsus obyektlərin yerləşdiyi ərazilər barədə məlumat toplayaraq kuratoruna göndərib.
Əməliyyat tədbirləri zamanı şübhəlinin telefonunda Ukrayna tərəfinin nümayəndələri ilə yazışmalar aşkarlanıb. Hüquq-mühafizə orqanları, həmçinin onun gizli yerdən götürdüyü partlayıcı qurğunun komponentlərini də aşkar edib.
Məlumata görə, götürülən materialların tərkibində ümumilikdə təxminən 1 kiloqram heksogen olub.