Вернуться назад Распечатать

Hörmüz boğazında tankerlərin minaya düşdüyü bildirilir

1xeber.media xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında üç neft tankerinin dəniz minalarına düşdükdən sonra alışdığını, daha bir gəminin isə minaya toxunduğunu iddia edib. 

Bununla yanaşı, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları qurumu Oman sahilləri yaxınlığında bir gəminin alışması barədə məlumat aldığını açıqlayıb. Hadisənin səbəbi hələ müəyyənləşdirilməyib.

İranın iddiaları müstəqil şəkildə təsdiqlənməyib.