Вернуться назад Распечатать

“Novaya qazeta” 33 illik fəaliyyətindən sonra bağlanır

1xeber.media xəbər verir ki, Rusiyanın müstəqil nəşrlərindən biri kimi tanınan “Novaya qazeta” 33 illik fəaliyyətini dayandırmaq qərarına gəlib. Bu barədə “The Economist” nəşri məlumat yayıb.

Məlumata görə, qəzetin bağlanması ilə bağlı qərar oktyabrın 26-da əməkdaşların iştirakı ilə keçirilən ümumi yığıncaqda qəbul edilib. Görüş zamanı nəşrin keçmiş baş redaktoru Dmitri Muratov qəzetin Rusiyada ekstremist təşkilat elan edilə biləcəyini də istisna etməyib.

“The Economist” yazır ki, nəşrin Rusiya Ədliyyə Nazirliyinin “xarici agentlər” reyestrinə daxil edilməsindən sonra onun maliyyə hesablarının bloklanması təhlükəsi yaranıb. Bundan başqa, redaksiya uzun illər fəaliyyət göstərdiyi Moskvanın mərkəzindəki binanı tərk etməyə məcbur olub.

Nəşrin bağlanması ilə bağlı qərar Rusiyada müstəqil media qurumlarına qarşı təzyiqlərin artdığı bir dövrə təsadüf edir. Qəzet 1993-cü ildə təsis edilib və uzun illər korrupsiya, insan hüquqları pozuntuları və ölkənin siyasi həyatı ilə bağlı araşdırmaları ilə tanınıb.

Qeyd edək ki, Dmitri Muratov 2021-ci ildə jurnalist fəaliyyəti və söz azadlığının müdafiəsinə görə Nobel Sülh Mükafatına layiq görülüb.