Вернуться назад Распечатать

Kreml Zelenskinin Putinə zəng etmədiyini açıqladı

1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin telefon danışığı üçün açıqdır, lakin Ukrayna Prezidenti Volodimir Zelenski hələlik ona zəng etməyib.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Aleksandr Yunaşevin sualını cavablandırarkən bildirib.

Jurnalist Ukrayna liderinin danışıqlar aparmaq üçün Moskvaya dəvət olunmasını xatırladaraq, Zelenskinin Putinə telefonla zəng edəcəyi təqdirdə nə baş verəcəyini soruşub.

Peskov isə gülümsəyərək “Hələ heç kim zəng etməyib” cavabını verib.

Kremlin sözçüsü eyni müsahibədə Putinin Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertslə də telefon danışığı aparmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya lideri bütün tərəflərlə dialoqa açıqdır.