1xeber.media xəbər verir ki, Butanın şimalında yerləşən Qasa bölgəsində buzlaq gölünün daşması nəticəsində güclü sel baş verib.
Daşqın nəticəsində Gasa Tşaçu adlı məşhur təbii isti su mənbəyinin ərazisindəki infrastruktur dağılıb. Hadisə zamanı insan tələfatı və xəsarət alanlar barədə məlumat verilməyib.
Butanın dövlət yayımçısı BBS bildirib ki, sel gecə saatlarında baş verdiyindən dağıntıların miqyasını dərhal müəyyənləşdirmək mümkün olmayıb. İlkin məlumatlara əsasən, ərazidə iki körpünün də su altında qalaraq dağıldığı ehtimal edilir.
Bundan başqa, Laya kəndinə gedən yolun bir hissəsinin yuyulduğu və nəqliyyatın hərəkətinə bağlandığı bildirilir. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.