1xeber.media xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın avropalıların Ukrayna münaqişəsinə dəstəkdən yorulması ilə bağlı açıqlamasına münasibət bildirib.
Peskov jurnalist Aleksandr Yunaşevin sualını cavablandırarkən Kallasın sözlərinin hər hansı bir işarə kimi qəbul edilməməli olduğunu deyib.
“Ümumiyyətlə, Kallasın açıqlamalarını heç bir işarə hesab etmək lazım deyil. Yəqin ki, bu məsələ ilə bağlı demək istədiyim yalnız budur”, – Kremlin sözçüsü bildirib.
Qeyd edək ki, Kallas daha əvvəl avropalıların Ukrayna münaqişəsindən yorulduğunu, buna baxmayaraq, Kiyevə dəstəyin davam etdirilməsinin vacibliyini vurğulamışdı. O, bu dəstəyin zəruriliyini ictimaiyyətə izah etməyin getdikcə çətinləşdiyini etiraf etmişdi.