Вернуться назад Распечатать

Azərbaycan və Gürcüstan sərhəd danışıqlarını sürətləndirəcək

1xeber.media xəbər verir ki, Azərbaycan və Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesini sürətləndirmək barədə razılığa gəliblər.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Siqnaxidə keçirilən Azərbaycan-Gürcüstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 11-ci iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sərhədin müəyyənləşdirilməsi prosesi uzun müddətdir ki, irəliləmir. Gürcüstan tərəfi işlərin sürətləndirilməsi təklifini irəli sürüb və Azərbaycanla bu istiqamətdə razılıq əldə olunub.

Kobaxidze qeyd edib ki, iki ölkə arasında sərhədlə bağlı əsas mübahisəli məsələlərdən biri David Qareci monastır kompleksinin yerləşdiyi ərazidir.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan dövlət sərhədinin uzunluğu 480 kilometrdir. 1996-cı ildən aparılan danışıqlar nəticəsində indiyədək sərhədin 314 kilometrlik hissəsi üzrə sənədlər razılaşdırılıb.