"Ramiz Mehdiyevin bu xəyanəti bağışlanmazdır. Ağlı üstündə, düşüncəsi normal olan insan belə bir xəyanəti edə bilməz. Düşünürəm ki, Ramiz Mehdiyevin huşu üstündə deyil".
1xeber.media xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Rəyasət Heyətinin üzvü, akademik Əli Abbasov deyib.
O bildirib ki, Ramiz Mehdiyevin cinayəti bağışlanmazdır:
"Bu bağışlana bilməz. Dövlətə xəyanətdən ağır cinayət yoxdur. Mən Ramiz Mehdiyevin hərəkətlərinə söz tapa bilmirəm. Azərbaycanın suverenliyinin tam bərpa olunduğu bir vaxtda, Ali Baş Komandanın əziyyəti, şəhidlərimizin qanı bahasına suverenliyimizin bərpa olunduğu vaxtda Ramiz Mehdiyevin belə cinayət törətməsinə heç bir halda söz deyə bilmirəm. Ola bilər ki, onun psixi durumu normal deyil. Ağlı üstündə olan adam belə bir hərəkət edə bilməz".