Вернуться назад Распечатать

Azərbaycan nefti bahalaşdı

Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.

1xeber.media xəbər verir ki, Azərbaycanın "Azeri Light" markalı neftinin İtaliyanın Auqusta limanında CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,88 dollar və ya 3,2 faiz artaraq bir barel üçün 126,16 dollara çatıb.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.